Hələ çox qədim zamanlardan dünyada məşhur olan təbiblər ömrü uzatmaq, qocalmanın qarşısını almaq, yaşlı dövrdə belə özünü gümrah hiss etmək üçün təbii vasitələrdən orqanizmə möcüzəvi təsir göstərən müxtəlif cövhərlər, eliksirlər, içkilər hazırlayıblar. Əsrlərin sınağından çıxan bu vasitələrdən müasir dövrdə də xalq təbabətində geniş istifadə olunur.

Modern.az saytı sağlamlıqla bağlı növbəti yazıda sarmısaq və süddən hazırlanan cavanlıq eliksiri haqqında bilgiləri təqdim edir.

Hindistanda bu eliksiri həm də “Ölməzlik eliksiri” adlandırırlar. Hazırlanması çox asan başa gələn bu vasitə hamı üçün münasibdir. Çünki eliksirin hazırlanması üçün cəmisi iki məhsuldan, sarmısaq və süddən istifadə olunur ki, bu da hər bir kəs üçün əlçatandır.

Hindlilərin cavanlıq eliksiri necə hazırlanır?

200 qram süd odun üzərində qaynadılır. Süd qaynayana qədər 2-3 diş sarmısaq təmizlənərək xırda-xırda doğranılır. Süd qaynayanda doğranmış sarmısaq südə əlavə olunur və dərhal odun üstündən götürülür. 15-20 dəqiqə keçdikdən sonra cavanlıq eliksiri istifadəyə hazırdır.

Eliksiri hazırladıqda südün təzə və təbii olmasına diqqət yetirilməlidir.

Cavanlıq eliksiri həftədə bir dəfə 1 ctəkan qəbul edilir və hər dəfə yenisi hazırlanır. Yəni bir dəfəyə 2-3 pay eliksir hazırlamaq düzgün deyil.

Cavanlıq eliksirinin orqanizmə təsirini daha da effektli etmək üçün yaz və payız fəsillərində qəbul edilməsi tövsiyə olunur və kursu fəsil boyu davam etdirmək olar.

Bir-neçə qəbuldan sonra eliksirin möcüzəvi təsiri artıq özünü göstərməyə başlayır. Bədənin xəstəliklərə qarşı müqaviməti artır, orqanizmdə yeniləşmə prosesləri gedir, nəzərəçarpacaq dərəcədə gümrahlıq hiss olunur, qan təzyiqi normallaşır, ürək damar sisteminin fəaliyyəti və qan dövranı yaxşılaşır, damarlar möhkəmlənir, damarlarda yaranan tıxacların qarşısı alınır, orqanizmdə olan zərərli maddələr xaric olunur.

Əgər siz də istənilən yaşda özünüzü gümrah və sağlam hiss etmək istəyirsinizsə hindlilərin möcüzəvi cavanlıq eliksirindən istifadə edin. Bu sizdən nə böyük birvaxt, nə də ki, böyük bir məbləğ tələb etmir. Əvəzində isə orqanizminizə sağlamlıq vəd edir.