İstanbulda Atatürk hava limanında enmə-qalxma zolağında İstanbul-Aktau və İstanbul-Taybey reysi üzrə uçuş həyata keçirən iki təyyarə toqquşub.
Trend-in məlumatına görə, “Türk Hava Yolları”na məxsus təyyarənin qurğu hissəsi zədələnib.
Sərnişinlər dərhal təxliyə edilib. Xəsarət alanlar barədə məlumat verilməyib.
Təyyarələrin hansı şəraitdə və hansı səbəbdən toqquşması barədə hələlik məlumat açıqlanmayıb.