Tayvanda “Nesat” tayfunu nəticəsində 82 nəfər xəsarət alıb, 8,7 mindən artıq adanın sakini təhlükəsiz yerlərə təxliyə ediliblər.

Astarainfo.az-ın”RİA Novosti”yə istinadən verdiyi məlumata görə, 100 min ev işıqsız qalıb, məktəblər və dövlət müəssisələri bağlanıb, metronun bir neçə stansiyası bağlanıb.

Məlumata əsasən, “Eva Airways” şirkəti 42 aviareys təxirə salıb.