Astarada ”Mercedes”lə “VAZ” toqquşdu – yaralanan var

Astarada iki avtomaşın toqquşub, bir nəfər ağır xəsarət alıb.

Astarainfo.az -ın verdiyi məlumata görə, hadisə Astara rayonu ərazisində qeydə alınıb.

Belə ki, ”Mercedes”markalı avtomobillə  “VAZ 21099” markalı avtomaşın toqquşub.

Nəticədə Şahağacı kənd sakini, 1980-cı il təvəllüdlü Peyman Səmədov ağır xəsarət alaraq Lənkəran rayon Mərkəzi xəstəxanasına çatdırılıb. Onun vəziyyətinin ağır olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.