Afinada GÜCLÜ YANĞIN

Yunanıstanın paytaxtı Afinanın cənubunda boş ərazidə güclü yanğın baş verib.

Astarainfo.az Publika.az -a istinadən xəbər verir ki, qısa zamanda böyük ərazini cənginə alan alovu söndürmək üçün cavabdeh qurumlar hadisə yerinə gəlib.

Alovun güclənməsinə güclü külək də təsirsiz ötüşməyib.

Hazırda yanğının söndürülməsinə üçün 70-ə yaxın yanğınsöndürən cəlb olunub.

 Astarainfo.az