Dünya kitab tarixinin yolu

Dünya tarixində ilk yazılar eramızdan əvvəl III-IV minilliyə aiddir. Amma bununla yanaşı alimlər arasında ilk kitabın harada olduğuna dair mübahisələr hələ də davam edir.

“Ölkə.Az” oxucularına qədim dövrdə ilk yazının necə yarandığını təqdim edir.

Şumer, gil lövhələr

Dünyanın ilk yazısı Şumerdə, mixi yazılar formasında yaranıb. Alimlər qeyd edirlər ki, ilk yazılar gil lövhələr üzərində bu ərazidə ortaya çıxıb. Qədim kahinlər vacib hadisələri gil lövhələrə yazırdılar. Hər gil lövhə xüsusi qutuda saxlanılırdı. İlk gil lövhənin yaşı 5 min ildən çoxdur.

Assuriya çarı Aşşurbanipal eramızdan əvvəl VII əsrdə yaşayıb və gil kitabxana yaradan ilk hökmdardır. Onun kolleksiyasında minlərlə kitab var idi. Sonradan isə baş verən yanğın sarayı məhv etsə də, gil kitablar salamat qalmışdı.

Misir papirusları

Qədim misirlilər yazı üçün papirusdan istifadə edirdilər. Misirdə papirusun hazırlandığı ağaclar çay kənarlarında bitirdi.

Papirusların üzərində nazik çubuq və təbii rəng vasitəsilə yazırdılar. BBütün mətni qara rənglə yazırdılar. Amma hər abzasın ilk sözü qırmızı rənglə yazılırdı. Buradan da qırmızı abzas frazası yaranıb. Belə papiruslar dəri və taxta qutularda saxlanılırdı.

Çin yazıları

Çində kağız icad edilənə qədər bambukdan istifadə edilirdi. İlk kitab “Almaz sutra” 868-ci ildə qələmə alınıb.

Hindistanda yazı

Hindistanda isə yazı üçün bambuk və heyvan dərilərindən, bir çox hallarda isə palma yarpağından istifadə edilirdi. Sonra isə hazır mətnlər səliqə ilə qədim çap vasitəsilə yığılır və tikilirdi.

Perqam-Qədim şəhər

Perqam şəhəri müasir Türkiyə ərazisində yerləşir. Qədim dövrdə kiçik Asiyadakı Perqam çarlığının paytaxtı olub. Bu şəhərin kitabxanasında 200 mindən çox kitab saxlanılır. Əlyazmalar filosoflar tərəfindən perqament üzərində, yəni heyvan dərilərindən alınan xüsusi material üzərində yazılırdı. Eramızdan əvvəl IV əsrə aid ən qədim kitab “Sinay kodeksi” sayılır. Bu kitabda xristianlığa aid müddəalar yer alıb.

Azərbaycanda qədim yazı

Azərbaycanda qədim yazılar əsasən Qobustan qayaüstü rəsmləri hesab edilir. Bu rəsmlərdə bir çox yazılar, gələcəyə mesajlar saxlanılır. Alimlər bu gün də yaşı 12 min il olan Qobustan qayaüstü rəsmlərinin mənasını açmağa çalışırlar.