“Qarabağ”ın oyununu haradan izləmək olar? — CAVAB

Bu gün UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində cavab qarşılaşması baş tutacaq.

Astarainfo.az”Ölkə.Az” -a istinadən xəbər verir ki, Bakı vaxtı ilə saat 21:00-da start fiti veriləcək matçı Azərbaycan telekanalları canlı yayınlamayacaq.

Ancaq futbolsevərlər “Şerif” – “Qarabağ” qarşılaşması Moldovanın CTB telekanalı və moldfootball.com saytı vasitəsi ilə izləyə bilərlər.

Xatırladaq ki, Bakıda baş tutan ilk oyunda qolsuz heç-heçə qeydə alınmışdı.