Avqustun 2-də Bakıda keçirilən atıcılıq üzrə Avropa çempionatının 13-cü gününün yarışlarına start verilib.

AZƏRTAC xəbər verir ki, çempionatın on üçüncü günündə dairəvi stend üzrə qarışıq komanda yarışları keçirilir. Bu növdə ölkəmizi Emin Cəfərov, Nurlana Cəfərova, Fuad Qurbanov və Regina Meftahətdinova təmsil edir.

Bundan başqa, bu gün kişilər və yeniyetmələr arasında 50 metr məsafəyə qaçan hədəfə atəşaçma üzrə yarışların qalibləri müəyyən olunacaq.