“20 Yanvar Şəhidi” fəxri adının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncam

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 29 dekabr tarixli 51 nömrəli Fərmanı ilə təsdiq edilmiş “20 Yanvar Şəhidi” fəxri adı haqqında Əsasnamə”yə uyğun olaraq qərara alıram:

1. 1990-cı il 20 Yanvar hadisələri nəticəsində həlak olmuş Ağayev Şövkət Həsənoviçə “20 Yanvar Şəhidi” fəxri adı verilsin.

2. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 2 avqust 2017-ci il.