Kürdə batmış Şirvan sakininin meyiti tapılıb – YENİLƏNİB

Fövqəladə Hallar Nazirliyinin xilasediciləri Kür çayında batmış şəxsin meyitini tapıblar.

APA-nın Mil-Muğan bürosunun xəbərinə görə, A. Bayramlının meyiti batdığı yerdə aşkar edilib.

*** 16.57

Şirvan şəhər sakini Kür çayında batıb.

APA-nın Mil-Muğan bürosunun xəbərinə görə, 2000-ci il təvəllüdlü Ağamurad Hidayət oğlu Bayramlı bu gün çayda çimərkən boğulub.

Hazırda Fövqəladə Hallar Nazirliyinin xilasediciləri onun axtarışlarını davam etdirirlər.