Avqustun 2-də 2020-ci ildə Tokioda keçiriləcək Olimpiada və Paralimpiada ilə əlaqədar oyunların talismanları üçün dizaynların tərtibatı ilə bağlı ərizələrin qəbuluna başlanılıb.

NHK telekanalının yaydığı məlumata görə, ərizələrin qəbulu yalnız internet vasitəsilə aparılacaq və avqustun 14-də günortayadək davam edəcək.

Bu əlamətdar hadisə ilə əlaqədar Tokiodakı ibtidai məktəblərdən birində təşkil edilmiş tədbirdə əksəriyyəti uşaqlar olmaqla təqribən 200 nəfər iştirak edib. Məktəblilər talismanların bütün insanlara xoş təsir bağışlaması üçün onların gülməsəmələrini istədiklərini deyiblər.

Ən yaxşı işlər bütün Yaponiya üzrə ibtidai sinif şagirdlərinin səsverməsi yolu ilə seçiləcək. Müsabiqənin nəticələri gələn ilin martında elan ediləcək.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri