İndoneziya Kuala-Namu hava limanında iki təyyarə toqquşub.

‘Astarainfo.az” ”Qafqazinfo” -a istinadən xəbər verir ki, bu barədə İngiltərənin “Express” nəşri məlumat yayıb.
Məlumata görə, qəza zamanı artıq hava limanına eniş etmiş “Lion Air” aviaşirkətinə məxsus “Boeing” ilə havaya qalxmağa hazırlaşan “Wings Air”in təyyarəsi toqquşub. Hadisə baş verən zaman hər iki laynerlərdə iki yüzə yaxın sərnişin olub. Təyyarələrin qanadlarının ciddi zədə aldığı bildirilib.
İndoneziyanın nəqliyyat naziri Budi Karya Sumadi araşdırama aparılması barədə əmr verib.