“Qarabağ”ın cavab oyununun da vaxtı açıqlandı

Çempionlar Liqasının “pley-off” mərhələsində keçiriləcək “Kopenhagen” (Danimarka) – “Qarabağ” cavab oyununun başlama saatı müəyyənləşib.

Astarainfo.az Qol.az-ın UEFA-nın saytına istinadən yaydığı xəbərə görə, Kopenhagendə oynanılacaq ikinci görüş avqustun 23-ü Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.

Qeyd edək ki, bu komandalar arasında Bakıda keçiriləcək illk matç avqustun 15-i saat 20:00-da start götürəcək.