ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiyanın Suriyanın Rəqqa şəhərinə endirdiyi aviazərbələr nəticəsində 43 dinc sakin ölüb.  Modern.az “RİA Novosti”yə istinadən xəbər verir ki, Suriya rəsmi qurumların məlumatına əsasən, beynəlxalq koalisiya avqustun 3-də Rəqqa şəhərinə 44 aviazərbə endirib. Nəticədə şəhərin üç rayonunda yaşayış binaları uçub, dinc sakinlər arasında xeyli sayda ölən və yaralananlar var.