Almaniyada keçirilən “Nature one” musiqi festivalında maraqlı hadisə yaşanıb.

AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, 20 yaşlı xanım festivalın çadır şəhərciyində qız uşağı dünyaya gətirib. Ana və körpəsi təcili yardım maşını ilə xəstəxanaya yerləşdirilib. Onların vəziyyəti yaxşıdır. Festivalın təşkilatçıları qızın 16 yaşına çatdıqdan sonra ömürlük pulsuz biletlə təmin olacağını bildiriblər.

Qeyd edək ki, 23-cü dəfə keçirilən festivalda 56 mindən çox tamaşaçı olub.