Qadın şahmatçılardan ibarət Azərbaycan millisi yoxlama görüşü keçirəcək

Qadın şahmatçılardan ibarət Azərbaycan millisi Almaniya ilə yoxlama matçı keçirəcək.

AZƏRTAC xəbər verir ki, avqustun 20-dən 26-dək davam edəcək görüşlər beş lövhədə olacaq. Bu yoxlama görüşü hər iki yığmanın qarşıdakı məsul yarışlara daha yaxşı hazırlaşması məqsədilə təşkil olunacaq.
Görüşün baş hakimi FIDE dərəcəli Lütfiyar Rüstəmovdur.