Astarainfo.az xəbər verir ki, 3-6 avqust tarixlərində “Dostluq Kuboku” uğrunda Beynəlxalq turnir keçirilib

  Astara Olimpiya İdman Kompleksində Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Dünya Kubo Federasiyası, Azərbaycan Qarışıq Döyüş Növləri Mərkəzinin birgə təçkilatçılığı ilə  məşqçilərin, hakimlərin, idmançıların ustalığının, beynəlxalq təcrübələrinin artırılması və ölkələr arasında dostluq münasibətlərinin inkişaf etdirilməsi məqsədi ilə Qarışıq Döyüş Növləri üzrə ( Light, Full, Elite, Shoot Fight, Point Fighting, Tactic ) “Dostluq Kuboku” Beynəlxalq turniri keçirilmişdir.Yarış yeniyetmə, gənclər və peşəkarlar arasında müxtəlif çəki dərəcələrində aparılmışdır.
Beynəlxalq turnirdə Azərbaycandan 61  və İran İslam Respublikasıdan 50 nəfər idmançı, məşqçilər və nümayəndələr , Azərbaycan yığma komandasının tərkibində 20 nəfər astaralı idmançı da iştirak etmişdir. Ümumi hesabda Azərbaycan yığma komandası qalib gəlmişdir.
Yarışda I, II və III yerləri tutmuş idmançılar Dünya Kubo Federasiyası və Azərbaycan Qarışıq Döyüş Növləri Mərkəzinin diplom, medal, kəmər və qiymətli hədiyyələri ilə təltif olunmuşlar.

 Elnur Qurbanlı

Astarainfo.az