Sentyabrın 29-dan oktyabrın 8-dək Heydər Əliyev adına İdman-Konsert Kompleksində “Forsaj-şou” adlı sirk şousu təqdim ediləcək.

Şou təşkilatçıları bildiriblər ki, Rusiyanın Xalq Artisti Viktor Kudryavtsevin rəhbərlik etdiyi şounun proqramına avtomobil, kartinq, motosiklet və velosiped sürən ayıların iştirakı ilə nömrələr daxildir.

Şouda bütövlükdə 7 ölkədən, o cümlədən Azərbaycandan artistlər çıxış edəcəklər.

Proqramda Cənubi amerikalı motokaskadyorların çıxışlarına xüsusi yer ayrılıb.