Quraqlıq üzündən İtaliyanın iki regionunda fövqəladə vəziyyət elan olunub

Astarainfo.az REPORT.AZ -a istinadən xəbər verir ki, İtaliyanın Latsio və Mərkəzi Umbriya regionlarında fövqəladə vəziyyət elan olunub.
“Report” xəbər verir ki, bu barədə qərar ölkənin nazirlər şurasının yığıncağında İtaliyanın baş naziri Paolo Centiloninin təklifi ilə qəbul olunub.
Xatırladaq ki, bu il Apenin yarımadasında son 200 ilin ən isti yayı keçir.