Qurbanqulu Berdiməhəmmədov ulu öndər Heydər Əliyevin məzarını ziyarət edib

Astarainfo.az REPORT.AZ -a istinadən xəbər verir ki, Azərbaycanda rəsmi səfərdə olan Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov avqustun 8-də Fəxri xiyabana gələrək ümummilli lider, müasir müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyub.

Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər güllər düzülüb.