Bu il 12 avqust – Beynəlxalq Gənclər Günü “Gənclər sülh uğrunda mübarizədə” devizi altında keçiriləcək. UNESCO-nun baş direktoru İrina Bokova bu əlamətdar gün münasibətilə ictimaiyyətə müraciət edib.

AZƏRTAC xəbər verir ki, müraciətdə cəmiyyətin inkişafında gənclərin rolundan söz açılır. Diqqətə çatdırılır ki, dünyada münaqişə və zorakılıq problemlərinin əsas ağırlığı gənclərin üzərinə düşür, eyni zamanda, gənclər sülhə aparan uzunmüddətli qərarların qəbulunda mühüm rol oynayırlar. BMT Təhlükəsizlik Şurasının gənclər, sülh və təhlükəsizlik məsələlərinə dair 2250 saylı qətnaməsi ictimaiyyəti sülhün təşviqi və zorakı ekstremizmin qarşısının alınmasında gənclərlə əməkdaşlıq etməyə çağırır. “2030-cu ilədək dayanıqlı inkişaf sahəsində Gündəlik”də gənclərlə bağlı müddəalar xüsusi yer tutur. Buna görə də UNESCO gəncləri yerli, milli və qlobal səviyyələrdə mühüm rol oynayan liderlər kimi nəzərə alaraq onlara kömək edir.

Müraciətdə beynəlxalq hüquq subyektləri, hökumətlər, vətəndaş cəmiyyətləri gənclərlə birgə daha sülhsevər cəmiyyət qurmağa çağırılır.

İrina Bokovanın müraciətinin tam mətni UNESCO-nun saytında yerləşdirili