Məşhur amerikalı müğənni vəfat edib

Amerikalı müğənni, gitaraçı və aktyor Qlen Kempbell çərşənbə axşamı ömrünün 82-ci ilində dünyasını dəyişib.

AZƏRTAC “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə “Rolling Stone” jurnalı məlumat yayıb.

Uzun müddətdir Altsheymer xəstəliyindən əziyyət çəkən Q.Kempbell 1960-cı illərin Amerika pop musiqisinin ən məşhur gitara ifaçılarından sayılırdı.

O, “İlin ən yaxşı albomu” (1968) nominasiyaları üzrə “Qremmi” mükafatının sahib olub.