“Zenit”in futbolçusu “Fənərbaxça”ya keçir

“Fənərbaxça” növbəti transferini gerçəkləşdirib.

Astarainfo.az “Qafqazinfo”-ya istinadən  xəbər verir ki, İstanbul təmsilçisi “Zenit”in yarımmüdafiəçisi Julianonu rənglərinə bağlayıb.

27 yaşlı futbolçu cümə günü Türkiyəyə gələcək və “sarı-lacıvərdlilər”lə müqavilə imzalayacaq. Məlumatı “beİN Sports” yayıb. Transferin detalları isə açıqlanmayıb.

Qeyd edək ki, braziliyalı futbolçu “Zenit”ə 2016-cı ildə “Qremio”dan transfer edilmişdi.