Mədəniyyət və Turizm, Gənclər və İdman Nazirliklərinin dəstəyi ilə ölkədə ilk dəfə “Sağlam Azərbaycan Festivalı” keçiriləcək. Ümumdünya Səhiyyə tədbirləri arasında xüsusi şöhrətə malik olan bu festivalın Azərbaycanda keçirilməsinin məqsədi insanlara sağlam həyat tərzi aşılamaqdır. Paytaxtda baş tutacaq festivalda müxtəlif mədəniyyətlərin təbliği ilə yanaşı, idman və turizm sahələrinin, sağlam həyat tərzinə səsləyən VEGAN mədəniyyətinin təbliğinə geniş yer ayrılacaq.

Məhz bu festival üçün Azərbaycana dəvət olunmuş ukraynalı aşpaz Konstantin Stolyarov dadlı vegeterian yeməkləri bişirib iştirakçılara təqdim edəcək.( O, 2016 cı ildə də Bakıda keçirilən VEGAN BOOM projesinin iştirakçısı olub). Konstantin bu dəfə də qonaqlara xüsusi hazırlanmış masalarda dadlı təamların dadına baxmaq və faydalı məlumatlar almaq imkanı yaradacaq. Əcnəbi şirniyyatçı qizlar da festivala öz təamları ilə rəng qatacaq.

Festival çərçivəsində böyüklər üçün VEGAN yeməklərin master-klassları ilə yanaşı ana və uşaq üçün özünü müdafiə dərsləri, “Happy starts”, gimnastika şousu və dərsləri, hər növ yoqa, mantra oxunulması, masaj, voleybol, şahmat yarışları, xına çəkmək üzrə master klass, kişilər üçün mini futbol 4×4, mini qolf, armrestling (qol güləşi) , kapoeyra (capoeira), Boçça paralimpiya yarışması, açıq kinoteatr, Street Art, Street boll və “Lektoriy” maarifləndirici mühazirələr təşkil olunacaq. Bu mühazirələr müxtəlif sahələrdə çalışan insanlara biliklərini artırmaq və opponentləri ilə müzakirə etmək imkanı yaradacaq.