Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov avqustun 11-də Rusiya Federasiyasının müdafiə naziri ordu generalı Sergey Şoyqunun dəvəti ilə Moskva şəhərinə səfərə gedib.

Bu barədə “Report”a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, səfər çərçivəsində general-polkovnik Z.Həsənov “Beynəlxalq ordu oyunları – 2017” yarışlarının rəsmi bağlanış mərasimində iştirak edəcək.