Türkiyəli idmançı Ramil Quliyev Londonda yüngül atletika üzrə dünya çempionu olub.

Astarainfo.az“A24.az”-a istinadən xəbər verir ki, Ramil Quliyev 200 metr məsafəyə qaçışda birinci olub.

İkinci yeri CAR təmsilçisi Vayde Van Nikerk, üçüncü yeri isə Trinidad təmsilçisi Jerim Riçards tutub.

Qeyd edək ki, 2011-ci ilə qədər Ramil Quliyev Azərbaycanı təmsil edib, sonra isə Türkiyə millisində çıxış etməyə başlayıb.