700 insan son anda ölümdən xilas oldu

Çində su bəndinin uçması 700 insanın həyatını təhlükəyə atıb.

Astarainfo.az Axar.az-a istinadən xəbər verir ki, Xunan əyalətinin Yueyan yaşayış məntəqəsində yaşayan sakinlər bu səbəbdən evakuasiya edilib.

Bənd leysan yağışlarının torpaq sürüşməsi ilə nəticələndiyi üçün uçub, ərazidə yerləşən evlər isə su altında qalıb.

Vaxtında edilən evakuasiya nəticəsində ölən və yaralanan olmayıb.