Bu gecə Yer kürəsinə meteorit yağacaq

Bu gecə Yer kürəsində meteorit yağışı müşahidə olunacaq.

Astarainfo.az “Report”-a istinadən xəbər verir ki, bu təbiət hadisəsi Perseida meteor axını adlanır.

Meteorit yağışını avqustun 12-dən 13-ə keçən gecə daha aydın görmək mümkün olacaq. Buludsuz hava və aydın səma zamanı göydə saatda 50-yə qədər meteorit müşahidə ediləcək.