Yaşın üstünə yaş gəldikcə insanlarda ruh düşkünlüyü yaranır. Kimisi geriyə dönüb baxmaqdan qorxur, kimisi də irəliyə addımlamaqdan.

Mütəxəssislərin araşdırmalarına görə 30 yaş insanda kritik yaş həddidir.

Psixoloq, mütəxəssis Serhat Yabancının “Hər yaşın öz sindromu var” məqaləsini təqdim edir:

İnsanların özü və cismi ilə ən böyük imtahanı 30 yaşda başlayır. 30 yaş sindromuna tutulanın sonrakı sindromları asan keçirməsi mümkün deyil. 35 yaşına gəldikdə isə Cahit Sidqi Tarancının misralarındakı kimi “Yaş otuz beş, yolun yarısı edər, Dante kimi ömrün ortasındayıq” dönəmi başlayar. Sonra 40, 50 və 70 yaş sindromları olur.

Amma insana ən çox təsir edəni 30 yaşdır. Bu dövrdə boşanma və depressiya hallarına daha çox rast gəlinir. Araşdırmalara görə, 30 yaş sindromunu ən çox yaşayanlar şəhərli insanlardır.

Картинки по запросу yaş sendromu

Kənddə yaşayan insanın 30 yaşı olmağına görə kədərlənməsinə çox az rast gəlinir.
25-35 yaş arasında olanların böyük əksəriyyəti “30 yaş sindromunu” bəzən ağır, bəzən də fərqində olmadan yaşayır. Məsələn, bir adam “29,5 yaşındayam” deyirsə, ya da yaşını azaldırsa, deməli sindromun aludəçisi olub. 30 yaş sindromunun ağır nəticələri haqqında elm hələki ciddi araşdırma aparmayıb.

Mütəxəssis psixoloq Neşe Özkarslı tarlada işləyən əkinçinin 30 yaş sindromunu yaşamayacağını deyir. Yetkinlik yaşını uzadan, universitet, magistr, karyera – deyə həyatında çox şeyi gecikdirən, məsuliyyət altına düşməyən şəhərlilər 30 yaşa çatanda, sanki başları daşa dəymiş kimi olurlar.

30 yaş sindromunu yaşayanların çoxu həyatında uğur əldə etməyən, iş-güc sahibi olmayan, subay insanlardır. Elələri də var ki, 30 yaşında hələ də yetkinlik psixologiyasında olur. Onların vəziyyəti daha dəhşətlidir.

30 yaşda bu cür insanlarda təlaş, hüzn və ağır məsuliyyət qorxusu yaranır. Məsuliyyət, qorxu və kədəri adətən kişilər yaşayır. Onsuz da 30 yaş sindromu kişilərdə daha çox sosial mühitin, “evlən ” deyən ailənin təzyiqi ilə müşahidə edilir.

“İşləyən şəhərli qadının 30 yaş sindromu”na aid kitab yazan Banu Toros qeyd edir ki, bəzi qadınlar üçün subay olmaq və uşaq sahibi olmamaq sindrom yaradır. Çünki 30 yaş, qadınlar üçün sadəcə, qocalmaq, məsuliyyət götürmək deyil, uşaq sahibi olmaq üçün riskli dövrə girmək deməkdir. Son illəri yaşamaq deməkdir.

Əslində 30 yaş sindromu insanların vəziyyətlərinə görə cilddən-cildə dəyişir. Məsələn, bu çətinlikləri yalnız evlənməyən, işə sahib olmayanlar deyil, evli, uşaqlı və yaxşı karyera sahibi insanlar da yaşayır. Psixoloji məsləhətçi Serhat Yabancıya görə, onlarınki nail olduğu hədəflərdə xəyal qırıqlığına uğramaqdan başqa bir şey deyil. Yəni “Bu idimi idealım. Həyat həmişə belə gedəcək”? düşüncələri başlayır.
Bu xəyal qırıqlığı həm evlilik, həm də iş həyatı üçün keçərlidir. Müasir dövrdə yeni nəsil 30 ili geridə qoyanda xəyal qırıqlığı və məyusluğun təsirindən riskli qərarlar ala bilər. İşindən, həyat yoldaşından ayrılır. Elə bu səbəbdən də 30 yaş böhranına düşmüş şəxslərin ekspert dəstəyi alması vacibdir.

Картинки по запросу yaş sindromu
30 yaşına gələnlər və 30-u keçənlər nə deyir?

30 yaş arada qalmaqdır; Nə geriyə dönmə şansınız var, nə irəliyə doğru getmək cəsarətiniz, olduğun yerdə donub qalırsan.
Bu dünyada 30 ildir ki, varsan və özünü mühakimə etməyə başlayırsan. İndiyədək nələr etmişəm? Subaysansa, nə vaxt evlənəssən, uşaq sahibi olassan?

Yaşını de, sindromunu deyək!

18 yaş: Ölkəmiz üçün 18 yaş sindromu yetkinlik dövrü ilə birlikdə başlayır. Bu prosesdə fiziki inkişafla yanaşı, ruhi və psixoloji dəyişikliklər də baş verir. Beləliklə, həm ailə üçün, həm də insan üçün ağrılı bir proses olur. Dünyada 18 yaş sindromu yetkinliyin xaricində daha bir məna daşıyır. 18 yaş müstəqil olmaq, universitet üçün ailədən uzaqlaşmaq və artıq öz ayaqları üzərində dayanma zəruriliyi deməkdir. Bizdə gec baş verən bu narahatlıq, xüsusilə Avropa cəmiyyətlərində 18 yaşında olur.

24 yaş: Universitet, əsgərlik deyərkən həm iş, həm də ailə dövrü başlayır. Ona görə də 20 yaş, xüsusilə də 24 yaşda işə girmə qorxusu və həyatı nizama salmaq məsuliyyəti və məsuliyyətin öhdəsindən gəlməmə qorxusu eyni anda yaşanır. Stresli bir sindromdur.

35 yaş: Məlum, ömrün yarısı deməkdir. Artıq xala-əmi-dayı müraciətlərini tez-tez eşitməyə başlayırsız.

Картинки по запросу yaş sindromu

40 yaş: Xüsusilə kişilər üçün riskli yaş həddidir. Çünki Professor Doktor Osman Müftüoğluya görə bu yaşdan sonra daxili müstəntiqlərin və hesablaşmaların intensivləşdiyi, münasibətlərin yeni bir zaman kəsiyinə girməsi deməkdir.

Картинки по запросу yaş sindromu

Əlbəttə, bu sindroma kişilər qədər qadınlar da yaxalanır. Yaxın ətrafını çaşdıracaq hər cür radikal dəyişikliklər ola bilər. Qadınlar üçün bu yaşlar menopauzanın başlanğıc mərhələləridir. Onlar da yetkinlik dövründəki psixoloji böhranları yenidən yaşaya bilərlər.

50 yaş: Kişilər üçün fiziki dəyişmələrin başladığı illəridir. Orta yaş sindromu olaraq adlandırılan bu prosesdə kişilərdə və qadınlarda xroniki ağrılar, yorğunluq, depressiya, əsəbilik, qəzəb kimi hallar baş qaldırır. Əslində daha əvvəlki nəsillərdə bu yaşlar müdriklik yaşlarıdır. Ailəni ayaqda tutan, uşaqlara və nəvələrə həyat dərsləri verilən çağlardır. Amma günümüzdə istər ictimai quruluşun dəyişməsi, istərsə də hormonal balansın pozulması səbəbilə bu dövrlər həm insan üçün, həm də yaxın ətrafı üçün sindromlu keçir.

70 yaş: Buna daha çox “yaş yetmiş, iş bitmiş” sindromu deyirlər. Amma orqanizm qoca ola bilər, amma mühüm olan, ruhun gənc qalmasıdır. Əgər daha əvvəlki sindromları problemsiz keçdisə, 70 yaşına çatanları fiziki xəstəliklərindən başqa asanlıqla heç nə yıxa bilməz.

 A24.Az