“Qəbələ” yeni mövsümə qələbə ilə başlayıb

“Qəbələ” klubu futbol üzrə 2017/2018 mövsümünə qələbə ilə başlayıb. “Report”un məlumatına görə, əyalət təmsilçisi Azərbaycan Premyer Liqasının I turu çərçivəsində səfərdə “İnter”i məğlub.

“İnter Arena”da baş tutan oyun qonaqların 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. “Qəbələ”nin qollarına Elvin Məmmədovla Filip Ozobiç imza atıblar. Meydan sahiblərinin yeganə qolunu isə Pərdis Fərcad-Azad vurub.

Qeyd edək ki, mövsümün açılış oyununda “Qarabağ” “Neftçi”ni 3:1 hesabı ilə məğlub edib. Hesabat turuna avqustun 13-də keçiriləcək “Zirə” – “Səbail” və “Sumqayıt” – “Kəpəz” matçları ilə yekun vurulacaq.