Qazax şəhərində avtomobil qəzası baş verib.

Astarainfo.az”Report”-a istinadən xəbər verir ki, hadisə şəhərin “SU-15” deyilən ərazisində qeydə alınıb. 

Belə ki, “Lexus” markalı avtomobillə “VAZ -21099” markalı avtomobilin toqquşması nəticəsində sürücülər və iki sərnişin xəsarət alıb. Həkimlər onlardan birinin vəziyyətini orta-ağır, digərlərinin durumunu isə qənaətbəxş kimi qiymətləndiriblər.

Hadisə nəticəsində hər iki avtomobilə ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır.