Çexiya XİN-in dövlət katibi Azərbaycana gəlib

Azərbaycanda səfərdə olan Çexiya Xarici İşlər Nazirliyinin dövlət katibi Petr Qayduşek xarici işlər nazirinin müavini Nadir Hüseynovla görüşüb.

Astarainfo.az “Report”a istinadən xəbər verir ki, görüşdə iki ölkə arasında münasibətlərin hazırkı vəziyyətinə nəzər salınıb, əməkdaşlığın cari səviyyəsindən məmnunluq ifadə edilib.

Tərəflər Azərbaycan və Çexiya qanunvericiliyi, xüsusən də diplomatik xidmət haqqında qanunun müddəaları ətrafında fikir mübadiləsi aparıblar.

Görüşdə, həmçinin dövlət qulluğu, habelə diplomatların təhsil və ixtisasartırma məsələləri, iki ölkə arasında əməkdaşlığın inkişaf etdirilməsi yolları da müzakirə olunub.