Həcc ziyarəti üçün müqəddəs torpaqlara gedənlərdən 31 nəfər həyatını itirib.

AZƏRTAC Anadolu agentliyinə istinadla xəbər verir ki, ziyarətçilərin ölüm səbəbi hələlik məlum deyil.

Bu il həcc ziyarətinə gedənlərin təxminən 614 mini hava yolundan, 8 mini quru yoldan, 487 nəfəri isə dəniz yolundan istifadə edib.

Keçən il müqəddəs torpaqları təxminən 1,9 milyon nəfər ziyarət edib.