“Kopenhagen” bu gün gəlir

“Qarabağ”ın Çempionlar Liqasının pley-off mərhələsindəki rəqibi “Kopenhagen”  bu gün Bakıya gələcək.

Astarainfo.az Qol.az-a  məlumatına görə, komandanı gətirəcək təyyarənin saat 14:20-də Bakıya enəcəyi gözlənilir.

Danimarka təmsilçisinin axşam saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda məşqi nəzərdə tutulub.

Qeyd edək ki, “Qarabağ” – “Kopenhagen” görüşü sabah saat 20:00-da başlayacaq.