Kraliça II Elizabet Vindzor qəsrində şənlik keçirilməsinə icazə verib

Britaniya Kraliçası II Elizabet saray işçiləri və onların qonaqları üçün Vindzor qəsrində İsveçin məşhur “ABBA” qrupu üslubunda şənlik keçirilməsinə icazə verib.

AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, mərasimdə musiqi qrupunun tributları çıxış edib, qonaqlar isə “ABBA dövrü” üslubunda libaslarda olublar.

Qonaqlar mətbuata gecədən çox razı qaldıqlarını bildiriblər. Kraliça tədbir vaxtı Şotlandiyadakı “Balmoral” qəsrində olub. “Buckingham” sarayının rəsmi nümayəndəsi isə bu tədbirin şərhindən imtina edib.