“Neft Daşları” yatağında yerləşən 1954A nömrəli estakadayanı meydançadan 2686 nömrəli quyu qazmadan sonra istismara verilib.

SOCAR-ın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, şirkətin Kompleks Qazma İşləri Tresti tərəfindən qazılmış quyu Qırmakıaltı lay dəstəsindən qazlift üsulu ilə məhsul verib, 1219-1211 metr dərinlikdən sutkalıq 14 ton neft hasilatı ilə istismar fonduna qəbul edilib. Quyuda istismar işləri “Azneft” İstehsalat Birliyinin “Neft Daşları” neft və qazçıxarma idarəsi (NQÇİ) tərəfindən həyata keçirilir.

“Azneft” İstehsalat Birliyi tərəfindən hasilat quyularının qazılması istiqamətində işlər uğurla davam etdirilir.