Nikolas Maduro Trampın hədələrindən sonra miqyaslı hərbi təlimlərə başlamaq qərarına gəlib

Venesuela Prezidenti Nikolas Maduro bütün ölkə ərazisində miqyaslı hərbi təlimlərə başlamaq qərarına gəlib.

AZƏRTAC Interfax agentliyinə istinadla xəbər verir ki, hərbi təlimlərin 26-27 avqust tarixlərində keçirilməsi planlaşdırılır.

Qeyd edək ki, bir qədər əvvəl Venesuelada yaranan böhranın müxtəlif həll variantlarını nəzərdən keçirdiyini bildirən ABŞ Prezidenti Donald Tramp, həmçinin silahlı müdaxilə variantını da istisna etməyib.