Avqustun 25-də “YARAT” Müasir İncəsənət Mərkəzi “Freestyle Classics” layihəsi çərçivəsində klassik melodiyalara həsr olunmuş silsilə tədbirlərə start verəcək.

Astarainfo.az AZƏRTAC -a istinadən xəbər verir ki, iştirakçılar hər həftənin cümə günü təqdim olunacaq bir-birindən maraqlı canlı preferansları respublikanın tanınmış gənc musiqiçilərinin ifasında dinləyə biləcəklər.

Musiqili proqramda rəqslərlə yanaşı, caz kompozisiyaları, milli musiqi nümunələrimizdən parçalar təqdim ediləcək.

Klassik musiqi axşamlarında hər kəs iştirak edə bilər.