“Magistr” jurnalının yeddinci nömrəsi nəşr olunub.

Dövlət İmtahan Mərkəzindən AZƏRTAC-a bildiriblər ki, jurnalda 2017/2018-ci tədris ili üçün ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) magistraturalarının boş qalan yerlərinə qəbulun nəticələri dərc olunub. Həmçinin ixtisaslaşmalar üzrə minimal keçid balları və dövlət sifarişli yerlər üzrə müsabiqə nəticəsində alınmış keçid balları yer alıb.

Jurnalı Bakı şəhəri, Nəsimi rayonu, A.Salamzadə küçəsi, 28; Yasamal rayonu, Mikayıl Müşfiq küçəsi, 1M. ünvanlarında yerləşən “Abituriyent” satış köşklərindən, eləcə də kitab mağazalarından almaq və ya www.abiturient.az saytından sifariş etmək mümkündür.