Almaniyada kişilər arasında futbol qarşılaşmasında – QADIN HAKİM – VİDEO

Qarşıdan gələn istirahət günlərində Avropa futbolunda tarixi hadisə baş verəcək. Qadın Almaniyanın çempionatının matçının baş hakimi olacaq.

Bu şəxs Bibiana Ştaynhausdur.

O, Avropa çempionatının elit divizionunda çalışacaq ilk qadın hakim olacaq. Qeyd olunur ki, Ştaynhausun 38 yaşı var. O, polis zabitidir, eyni zamanda 1999-cu ildən professional hakimdir.

Bibiana qadın futbolunda maksimum uğura nail olub və Almaniya kubokunun finalını, 2011-ci ildə qadınlar arasında futbol üzrə dünya çempionatını və 2012-ci ildə Londonda qadınlar arasında olimpiya yarışını idarə etməklə məşhurdur.

Ştaynhausun Bundesliqada əsas rolu 10 il vaxt aparıb. O, 2007-ci ildən o ehtiyat arbitr kimi matçlarda işləyib.