“Binəqədi Gənclər Evi” sosial xidmət müəssisəsində Niderland Krallığının Azərbaycandakı Səfirliyinin maliyyə dəstəyi, BMT-nin Əhali Fondu, Gənclər və İdman Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Gənclər Təşkilatları Milli Şurasının bYenisini əlavə etirgə təşkilatçılığı ilə “Azərbaycanda qız övladlarının dəyərinin təbliğ edilməsi üçün gənclərin maarifləndirilməsi” layihəsi çərçivəsində təlimlər keçirilib.

AZƏRTAC-a rayon icra hakimiyyətindən bildiriblər ki, layihənin məqsədi gənc və yetkinlik yaşına çatmayanların fəal iştirakına yönələn tamamilə yeni və fərqli maarifləndirmə tədbirləri yolu ilə cəmiyyətdə qız uşaqlarının əhəmiyyətini və onların dəyərini vurğulamaqdan ibarətdir.

Təlimdə rayon icra hakimiyyətində təcrübə keçən ASAN könüllüləri və fəal gənclər iştirak ediblər.