Azərbaycanda Qurban bayramı namazının vaxtı müəyyənləşib.

Astarainfo.az xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bayram namazı sentyabrın 1-də, saat 08:00-da Əjdərbəy məscidində, 09:00-da isə Təzə Pir məscidində qılınacaq.

Qeyd edək ki, bu il Qurban bayramı 1-2 sentyabr tarixlərində qeyd olunacaq.

Qurban bayramında 2 sentyabr şənbə gününə təsadüf etdiyi üçün Əmək Məcəlləsinə əsasən, iş və istirahət günlərinin yerləri dəyişdiriləcək, 4 sentyabr qeyri-iş günü olacaq. Beləliklə, 3 sentyabr da bazar gününə təsadüfi etdiyi üçün Qurban bayramında 4 gün ardıcıl qeyri-iş günü olacaq.