İspaniyanın Barselona şəhərində bir nəfər mikroavtobusu piyadaların üzərinə sürüb.

Astarainfo.az Ölkə.Az-a istinadən xəbər verir ki, şəhərin Las Ramblas hissəsində baş vermiş terror aktında 2 nəfər ölüb və 20 nəfər yaralanıb.

Hadisədən dərhal sonra sürücü hadisə yerindən qaçıb. Əraziyə giriş-çıxış bağlanıb.

Baş verən olayın terror aktı olduğu açıqlanıb.

***

Terror aktı nəticəsində ölənlərin sayı 13 nəfərə çatıb.

***

Hadisə nəticəsində 13 nəfər ölüb, 80 nəfər yaralanıb. Terrorçunun Mərakeş əsilli Driss Oukabir olduğu bildirilir.