Üç il idi ki, İŞİD terror təşkilatının əsirliyində olan 12 yaşlı Emad Mişko Tamo Kanadada ailəsinə qovuşub.
AZƏRTAC BBC-yə istinadla xəbər verir ki, 2014-cü ildə ailəsindən uzaq düşən uşaq İŞİD terror təşkilatı tərəfindən əsgər kimi yetişdirilmək üçün qaçırılmışdı.
Kanada hökuməti İŞİD terror təşkilatından xilas edilən 1200-ə yaxın qadın və uşağın ölkəyə gətirilməsi üçün çalışır.