PSJ-nin futbolçusu rəsmən “Yuventus”da

PSJ-nin futbolçusu Blez Matyuidinin “Yuventus”a keçidi rəsmiləşib.

Astarainfo.az Qol.az-a  istinadən yaydığı xəbərə görə, 30 yaşlı yarımmüdafiəçi ilə 2020-ci ilin iyununa kimi müqavilə imzalanıb. Bu transfer üçün Turin təmsilçisi Paris klubuna 20 milyon avro təzminat ödəyəcək.

Qeyd edək ki, B.Matyuidi 2007-ci ildən PSJ-də oynayırdı.