Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunlarından sonra turnirin ən yaxşıları açıqlanıb. Apasport.az saytının məlumatına görə, Azərbaycan çempionu “Qarabağ” yarışın iki ən yaxşısından biridi.

Belə ki, Ağdam təmsilçisi keçirdiyi 5 qarşılaşmada 4 qələbə qazanıb və 1 heç-heçə edib. Avropada yalnız bir komanda Qurban Qurbanovun yetirmələri ilə eyni nəticəyə malikdi. Bu da Şotlandiya “Seltik”idi. Qlazqolular da 4 qələbə və 1 heç-heçəyə imza atıb.

Bu 2 komanda kimi 4 qələbəsi olan “Hapoel” (Beyer-Şeva, İsrail) və APOEL (Kipr) hərəyə 1 dəfə məğlub da olub. Bunadək 3 qələbə və 1 heç-heçəsi olan “Maribor” (Sloveniya) ilk yenilgisini pley-offda alıb.

Lakin “Seltik” “Astana”ya 5 cavabsız qol vurmaqla top fərqinə üstünlüyə yiyələnib. Şotlandiyalılarda bu göstərici 10:0, çempionumuzda isə 9:1-di.

Qeyd edək ki, “Qarabağ” Gürcüstan “Samtredia”sını 2 dəfə yenib (5:0, 1:0), Moldova “Şerif”i (0:0, 2:1) və Danimarka “Kopenhagen”ini (1:0) 1 dəfə məğlub edib.