Türkiyədə 4,5 bal gücündə zəlzələ olub

Türkiyədə 4,5 bal gücündə zəlzələ baş verib.

Astarainfo.az AZƏRTAC-a istinadən xəbər verir ki,  Türkiyənin Fövqəladə Halların Qarşısının Alınması və Nəticələrinin Aradan Qaldırılması üzrə İdarəsinin məlumatına görə, yeraltı təkanlar yerli vaxtla saat 17:10-da Bodrumda qeyd alınıb.

Zəlzələnin episentri Göyova körfəzində, ocağı yeddi kilometr dərinlikdə yerləşib.

Dağıntı və tələfat barədə məlumat verilmir.