Avqustun 22-də Azərbaycan Xalça Muzeyində Cəbrayıl rayonunun işğalının 24-cü ildönümünə həsr olunmuş “Vüsal körpüsü” adlı tədbir keçiriləcək.

Muzeydən AZƏRTAC-a bildirilib ki, tədbir Azərbaycan Xalça Muzeyi Şuşa filialının təşkilatçılığı ilə gerçəkləşəcək.

Tədbirin təşkil olunmasında məqsəd Azərbaycanın dilbər güşələrindən olan Cəbrayıl rayonunun işğalı zamanı maddi və mədəni abidələrimizə vurulan ziyan və onların talan olunaraq məhv edilməsi problemini cəmiyyətə çatdırmaqdır. Tədbirdə rayonun elm, mədəniyyət və incəsənəti xadimləri haqqında danışılacaq, natiqlər Cəbrayılla bağlı xatirələrini bölüşəcəklər.

Tədbir çərçivəsində Cəbrayıl Tarix-Diyarşünaslıq Muzeyinin eksponatlarından ibarət sərginin açılacağı da nəzərdə tutulur.