Azərbaycan prezidenti İlham Əliyev avqustun 19-da Göygöl rayonuna səfər edib.

APA-nın xəbərinə görə, dövlətimizin başçısı əvvəlcə Heydər Əliyevin Göygöl şəhərinin mərkəzində ucaldılan abidəsini ziyarət edib.
Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Arif Seyidov prezident İlham Əliyevə abidənin yerləşdiyi ərazidə aparılan abadlıq-quruculuq işləri barədə məlumat verib. Bildirilib ki, bu ərazi istər rayon sakinlərinin, istərsə də Göygölün qonaqlarının istirahət üçün üz tutduqları ən sevimli məkanlardan biridir