“Neftçi”dən ardıcıl ikinci məğlubiyyət

Bu gün Azərbaycan Premyer Liqasında II tura start verilib.

Turun açılış matçı “Dalğa Arena”da keçirilib. İlk turun uğursuzları “Səbail”lə “Neftçi” Bakı derbisində qarşılaşıblar. Oyunda vurulan yeganə qol 90-cı dəqiqədə qeydə alınıb. Elman Taqayevin qolu meydan sahiblərinin ilk qələbəsini rəsmiləşdirib.  Bununla da Premyer Liqanın debütantı “Səbail” ölkə çempionatında ilk qələbəsini qazanıb.